“Təhsil avtobusu – Qayıdış” adlı layihə planlaşdırır. Sumqayıt şəhəri də bu plana daxil olub.
Layihə, artıq 5 ildir ki Təhsil Nazirliyinin, həmçinin dövlət və özəl müəssisələrin korporativ sosial məsuliyyət çərçivəsində dəstəkçi olduğu “Təhsil avtobusu” tərəfindən təşkil edilir.
Plan üzrə 7-14 sentyabr tarixlərində işğaldan azad olunan bölgələrdən olan şagirdlərin yaşadığı rayonlara səfəri baş tutacaq. Şagirdlərin şəxsi inkişafı, dünyagörüşünün artırılması üçün yaradılan layihədə, göstəriciləri zəif və orta olan məktəblərin şagirdləri iştirak edəcək. Beləliklə, hər bölgədən 32 nəfər olmaqla ümumilikdə, 192 məktəbli səfərə qoşulacaq.
Bakı – Sumqayıt – Ağcabədi – Bərdə – Gəncə – Oğuz – Bakı marşrutu üzrə keçiriləcək səyahət zamanı intellektual yarışlar və fərdi inkişaf təlimləri keçiriləcək.