Sumqayıtda təşkil olunacaq taekvondo üzrə Azərbaycan çempionatında iştirak etmək üçün COVID-19 pasportu tələb olunacaq. Bu haqda Azərbaycan Taekvando Federasiyası xəbər yayıb.
Məlumata görə, həmin pasportu təqdim etməyən yaşı 18-dən yuxarı olan idmançılar və digər şəxslər yarışa buraxılmayacaqlar. Həmçinin, karantin rejimi ilə əlaqədar çempionatda azarkeşlərin də iştirakına icazə verilməyəcək.
Qeyd edək ki, yarış Olimpiya İdman Kompleksində 30 noyabr – 5 dekabr tarixlərində gerçəkləşəcək.