Sumqayıtda “MAN” markalı yük avtomobili yanıb. Sumqayıt24 bu haqda 25 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün günorta saatlarında H.Z. Tağıyev qəsəbəsində baş verib. Avtomobilin kabinə hissəsi və 2 ədəd ön təkəri yararsız vəziyyətə düşüb. Yük maşınının qalan hissəsi və banına yığılan 2,4 ton məhsul mühafizə olunub.
FHN-in əməkdaşları alovu söndürməyə nail olublar.