Taksi sürücüsünü soyan Sumqayıt sakini saxlanılıb

Total
0
Shares
Envato
Envato

Novxanı bağlarında taksi sürücüsünü soymaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt sakini R.İsgəndərov saxlanılıb. Bu haqda Oxu.az məlumat yayıb.

Həmin şəxs 17 oktyabr tarixində sərnişin kimi Abşeron sakini Ş.Teymurovun “Mercedes” markalı avtomobilinə əyləşib. Daha sonra isə o, sürücünü bıçaqla hədələyərək ondan 60 manat pul alıb.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb.