Sumqayıt şəhərinin Texniki və təbiət elmlər liseyinin və Təbiət elmləri təmayüllü gimnaziyanın bütün məzunları tələbə adını qazandılar.
Belə ki, Texniki və təbiət elmlər liseyinin 59 nəfərdən 9 nəfəri xarici ölkələrin, 50 nəfəri isə Azərbaycanın müxtəlif universitetlərinə qəbul olublar.
Eyni zamanda Təbiət elmləri təmayüllü gimnaziyanın 54 məzunundan 2-si respublika olimpiyadasının qalibləri Bakı Ali Neft məktəbinə, qalan 49 nəfər isə müxtəlif dövlət universitelərinə qəbul olublar. Həmçinin 2 nəfər olimpiadanın qalibləri Koreyada təhsil alacaqlar.
Qeyd edək ki, hər iki maktəbin məzunları 2021-2022-ci tədris ilinin qəbul imtahanında respublika üzrə ən yüksək nəticələr göstəriblər.