Sumqayıtda həmişəyaşıl ağacların quruması halları müşahidə olunur. Sumqayıt24 bu haqda 21 iyul tarixində məlumat verir.
Bu hal şəhərin 16-cı məhəlləsində, “Lider Ayta” MTK tərəfindən tikinti işləri aparılan sahədə qeydə alınıb. Hasara alınmış 20-yə yaxın şam ağacı quru, bəziləri isə yarıqurumuş vəziyyətdədir.
“Əvvəllər burada yaşıllıq ərazisi var idi. İndi isə tikinti şirkəti əraziləri zəbt edir. Şəhərimizin yaşıl ağacları artıq boz divarlarla əvəz olunur”, – deyə sakinlər bildiriblər.