Sumqayıt Dövlət Rəsm Qalereyasının qarşısında “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” aksiyası keçirilib.
İcra başçısının birinci müavini Teymur Səmədov, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, Bakıdakı Rus Evinin sədri – Zenorov İrak Haydaroviçin, həmçinin 11 nömrəli məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən tədbir zamanı birinci sinif şagirdlərinə məktəb ləvazimatları və çantalar hədiyyə edilib.