Uşaq Hüquqları Aylığı çərçivəsində məktəblilərlə görüş təşkil olunub

Total
0
Shares
Sumqayıtda "Uşaq əməyinin istismarına qarşı mübarizə" mövzusunda maarifləndirici görüş keçirilib
Foto Sosial Xidmətlər Agentliyi

Sumqayıtda “Uşaq əməyinin istismarına qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib. Bu haqda 20 noyabr tarixində Sumqayıt24 Sosial Xidmətlər Agentliyinə istinadən məlumat verir.

Uşaq Hüquqları Aylığı çərçivəsində təşkil edilən tədbir 18 nömrəli məktəbdə baş tutub. Şagirdlərə ölkəmizdə uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər barədə məlumatlar verilib. Sonda məktəblilərin sualları cavablandırılıb və müzakirələr aparılıb.

Toplantı İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Sumqayıt Şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.