Uşaq İncəsənət Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur əldə ediblər

Total
0
Shares
Sumqayıt təhsil ocağının şagirdləri "Paris Open Music" beynəlxalq vokal-instrumental müsabiqəsində iştirak ediblər
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi

Sumqayıt təhsil ocağının şagirdləri “Paris Open Music” beynəlxalq vokal-instrumental müsabiqəsində iştirak ediblər. Bu haqda 18 mart tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar. Təhsil ocağının şagirdləri “Paris Open Music” Beynəlxalq vokal-instrumental müsabiqəsində uğur qazanıblar. Məktəbin fortepiano şöbəsində Gülbəniz Həsənovanın 1-ci sinfində təhsil alan Leyla Həşimzadə II dərəcəli laureat, Fərid Faxurdinov III dərəcəli laureat adına layiq görülüblər. Məlakə Səmədovanın tələbəsi, 4-cü sinif şagirdi Hətəmi Fatimə də II dərəcəli laureat adına layiq görülüb.

Məktəbliləri müsabiqəyə hazırlayan müəllimlər Təşəkkürnamə ilə təltif olunublar.