Sumqayıtda dünən “Futbol Düşərgəsi” layihəsi başlayıb. Sumqayıt24 bu haqda 17 noyabr tarixində xəbər verir.
Proqram “Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda “Azərikimya” İB-nin dəstəyi və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və “Sumqayıt” Futbol Klubu tərəfindən təşkil olunub.
Düşərgə 6 gün müddətində 2 qrup üzrə keçiriləcək. Ümumilikdə bu layihəyə Sumqayıt məktəb və liseylərinin 100-dən artıq oğlan və qız şagirdi qatılacaq. İlk qrup Vətən müharibəsi şəhid və qazilərinin övladlarından ibarətdir.