Sumqayıtda ”Günəşim” Kukla Teatrı uşaqlar üçün “Pizza master-klası” keçirəcək. Bu haqda 26 may tarixində Sumqayıt24 teatra istinadən xəbər verir.
Əyləncəli və maraqlı ustad dərsi 12 iyun saat 11:00-da baş tutacaq. Master-klasda pizzalar usta ilə birlikdə hazırlanacaq, bişirildikdən sonra isə masalara təqdim olunacaq. “Pizza Mizza” restoranında təşkil olunacaq master-klasa 5 yaşdan yuxarı uşaqlar və böyüklər qatıla bilərlər.
Bileti yalnız öncədən və onlayn əldə etmək mümkündür.
Əlaqə: (077) 767 12 72.