Vüqar Həşimov Memorialında sumqayıtlı şahmatçı iştirak edəcək

Total
0
Shares
Envato
Envato

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə sumqayıtlı şahmatçı iştirak edəcək.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) və FIDE-nin vitse-prezidenti Mahir Məmmədovun sözlərinə görə, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov, həmçinin rusiyalı Sergey Karyakin turnirdə iştirak edəcəklər. Digər idmançıların adları yaxın vaxtlarda açıqlanacaq.

17 dekabr tarixində başlayan beynəlxalq yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə baş tutacaq.

Vüqar Həşimov Memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olublar. 2020-ci ildəki yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdır.