“Vətən Müharibəsi”ndə ordumuzun düşmənə qarşı apardığı uğurlu əməliyyatları lentə alanlardan biri Rəhim Yusifli olub. O, 2 oktyabr 1993-cü ildə Sumqayıt şəhərində dünyaya gəlib.
Yusifli müharibə zamanı qızğın döyüşlər gedən nöqtələrdə böyük cəsarətlə faəliyyət göstərib. Onun və onunla birlikdə orada olan əməkdaşların yaxınlığında tez-tez müxtəlif mərmilərin düşməsinə baxmayaraq, onlar öz çəkilişlərini aparmağa davam edirdilər.
Qeyd edək ki, onlar təkcə müharibəni lentə almaqla kifayətlənməyib, yaralı döyüşçülərimizi tibb məntəqələrinə çatdırmaqda da köməklik göstərirdilər.