Vətən müharibəsinin qaziləri Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüş keçiriblər

Total
0
Shares
Foto sdu.edu.az
Foto sdu.edu.az

Vətən müharibəsinin iştirakçıları Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüşüblər. Görüş Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ATGTİ-nin dəstəyi ilə “Tükənən nəfəsdən başlayan vətən” layihəsi çərçivəsində baş tutub.

İlk öncə Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, Suqovuşanda yaralanan qazi Nicat İsmayılov və I-ci və II-ci Qarabağ müharibəsində komandir olan qazi Zahir Həsənov tələbələrə yaşadığları hadisələr haqda, əsgərlərimizin necə cəsurluqla vuruşduğu barədə danişıb.

Görüşün məqsədi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onları əldə etdiyimiz qələbə ilə daha yaxından tanış etmək, həmçinin Vətən müharibəsinin şəhid və iştirakçılarını gənclərə tanıtmaq idi.