Sumqayıtda “Qalib xalqın şanlı Ordusu” adlı dəyirmi masa baş tutub. Sumqayıt24 bu haqda 26 sentyabr tarixində xəbər verir.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi və N. Nərimanov adına Mədəniyyət Mərkəzinin Şəhər Mədəniyyət Evi tərəfindən keçirilən tədbir Vətən müharibəsinin ildönümünə həsr olunub.
Görüşü açan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şairə, qəzəlxan Lilpar Cəmşidqızı zəfərə gətirən yoldan, səbəblərindən, qazanılan qələbənin əhəmiyyətindən danışıb.
“Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin Respublika Təşkilatı sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyyə Rəhimov, təşkilatın üzvləri – müharibə veteranları Fəxrəddin Behbudov, polkovnik Zeydulla Mustafayev, 2020-ci ildə Xocavənd uğrunda döyüşlərdə həlak olan kiçik leytenant Vüsal Muradovun anası Kəmalə xanım, 3 saylı peşə liseyinin tədris işləri üzrə direktor müavini Ruslan Ataşlı 44 günlük Vətən müharibəsi barədə məlumat veriblər.
Sonda şairə, qəzəlxan Lilpar Cəmşidqızı “Vətəndi” qəzəlini söyləyib.