Sumqayıt Olimpiya İdman Kompleksinin voleybol komandasının tələbəsi Nəzrin Kərimli milliyə cəlb edilib. Bu haqda 21 noyabr tarixində Sumqayıt24 xəbər verir.
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığma komandası Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edir.
Qeyd edək ki, 26 noyabradək davam edəcək turnirdə millimiz Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.