Xəzər bağları Maralgöl ərazisində kanalızasiya aşıb-daşır

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Xəzər bağları yaşayış massivinin bir hissəsində kanalizasiya quyuları aşıb-daşır. Bu haqda bu gün, 25 sentyabr tarixində Sumqayıt24-də məlumat daxil olub.

Maralgöl ərazisində yaşayan sakinlərin sözlərinə görə, evlərdən gələn çirkab sular zavodlardan axan texniki sular ilə burada qarışır və təyziqə dözməyən borular partlayır. Nəticədə evlər su ilə dolur.

Bu ərazidə aparılan təmir işlərindən sonra kanalizasiya quyularının üstü açıq qalıb və ətrafı pis qoxu bürüyüb.

Həmçinin, Səməd Vurğun küçəsindədə (Kotec) yerli sakinlər antisanitar vəziyyətdən narazıdırlar.