Sumqayıtda Xəzər bağlarının bir hissəsində yığılan tullantılar neçə müddətdir ki təmizlənmir. Çoxsaylı müraciətləri nəzərə alaraq, Sumqayıt24 18 sentyabr tarixində bu haqda xəbər verir.
Əldə etdiyimiz məlumata əsasən, ərazidə (sürücülük məktəbindən 200 metr aralıqda) olan zibil qabları həftələrlə dolu vəziyyərdə qalır. Bu səbəbdən küçə boyunca tullantılara rast gəlmək mümkündür.
Həmçinin, qısa müddət keçdikdən sonra isə zibilin qoxusu ətrafı bürüyür. Tullantılar yaşayış binalarının yaxınlığında olması səbəbindən bəzi valideyinlər uşaqlarını oynamaq üçün həyətə buraxmağa çəkinir.