Sumqayıtlı rəqqaslar “Xarı bülbül” respublika onlayn uşaq rəqs festivalında uğurla iştirak ediblər. Bu haqda bu gün, 13 noyabr tarixində Sumqayıt Şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Zəfər” rəqs qrupu I yerə, “Sumqayıt inciləri” rəqs qrupu isə 7-12 yaş qrupu arasında II yerə layiq görülüb.
Festival Təhsil Nazirliyinin dəstəyi, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 noyabr “Zəfər Günü” nə həsr olunmuşdur.