Xarici ölkələrin nümayəndələri alman məzarlığını ziyarət ediblər

Total
0
Shares
Almaniya, Avstriya və Macarıstan səfirliklərinin nümayəndələri və hərbi attaşeləri Sumqayıt şəhərinə səfər ediblər
Foto Sumqayıt Bələdiyyəsi

Almaniya, Avstriya və Macarıstan səfirliklərinin nümayəndələri və hərbi attaşeləri Sumqayıt şəhərinə səfər ediblər. Bu haqda 20 noyabr tarixində Sumqayıt24 Sumqayıt Bələdiyyəsinə istinadən məlumat verir.

Səfər çərçivəsində qonaqlar Kotec yaşayış massivində yerləşən alman əsgərlərinin məzarlığını ziyarət ediblər. Nümayəndə heyətinə məzarlıqda aparılmış bərpa və abadlıq işləri ilə bağlı məlumat verilib.

Ziyarət zamanı qonaqları Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev və digər vəzifəli şəxslər müşayiət ediblər.