Xəzər bağları yaşayış massivində küçə işıqlandırılmır. Bu haqda 20 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Bu hal “LS” marketi kimi tanınan ərazidə müşahidə olunur. Burada işıq dirəklərinin olmasına baxmayaraq, ərazi işıqlandırılmır. Sakinlərin sözlərinə görə, axşam saatlarında küçədə hərəkət etmək çətin olur.