“Xudafərin körpüləri”nin işğaldan azad edilməsinin ildönümüdür

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Bu gün, 18 oktyabr tarixində Cəbrayılda yerləşən Vlll və X əsrlik körpülərin 27 illik erməni işğalından azad edilməsindən bir il ötür.

Cəbrayıl şəhəri ilə Azərbaycanın Şərqi Azərbaycanın Xudafərin şəhristanı arasında yerləşən, Araz çayı üzərində salınmış “Xudafərin körpüləri” adlanan iki körpü Azərbaycanla İranı birləşdirir.

Körpülərdən biri 1027-ci ildə (Xl) əsrdə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub, digər eyni adlı körpü isə XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir.

Adıçəkilən körpülərin Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.