Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda 25 may tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə binanın pilləkən qəfəsində qeydə alınıb. Burada quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac, 7 ədəd qoruyucu açar və 3 p.m çıxış kabeli yanıb. Yüksək temperaturdan plastik su borusu 1 p.m əriyib və 2 ədəd qaz sayğacı yararsız vəziyyətə düşüb.
FHN-in əməkdaşları tərəfindən aloм söndürülüb. Mənzillər yanğından mühafizə olunub.