“Yaşma bağları” ərazisində pilot layihə tətbiq olunur. Bu haqda 27 oktyabr tarixində Sumqayıt24 Sumqayit.tv-yə istinadən məlumat verir.
Qazaxıstan Respublikasının qazpaylayıcı şirkətlərindən bir neçəsinin nümayəndə heyəti ilə SOCAR “Azəriqaz” İB-də görüş keçirilib.
Görüş çərçivəsində iştirakçılar pilot layihə ilə tanış olublar. Nümayəndə heyətinə pilot layihənin təqdimatı keçirilib və onları maraqlandıran məsələlər müzakirə edilib. Sonda layihənin tətbiqinin nəticələri ilə yerində tanış olmaq üçün qonaqlar həmin əraziyə aparılıblar.
Qeyd edək ki, layihənin məqsədi smart qaz şəbəkəsinin və ağıllı sayğacların tətbiqidir.