Yataqxana sakinləri: “Böyük bir faciəyə yol açıla bilər”

Total
0
Shares
Sumqayıtda yataqxana sakinləri təhlükəli şəraitdə yaşayırlar
Foto Sumqayıt24

Sumqayıtda yataqxana sakinləri təhlükəli şəraitdə yaşayırlar. Bu haqda 3 oktyabr tarixində Sumqayıt24-ə izləyicidən məlumat daxil olub.

Şəhərin 42-ci məhəlləsində yerləşən 9 saylı yataqxana qəzalı vəziyyətdədir. Ötən gün dəhlizdə yerləşən elektrik lövhədə qısaqapanma səbəbindən partlayış baş verib.

“Bu cür hallar tez-tez müşahidə olunur. Qısaqapanma olsa da, böyük bir faciəyə yol aça bilər. Bir necə il öncə həmin dəhliz yanmışdı, bir sıra mənzillərə ziyan dəymişdi. Həmçinin qaz xətləri də köhnəlib. Problemi sosiallaşdırın, bəlkə bu zaman aidiyyəti qurumlar xəbərdar olduqları halda ləng deyil, çevik hərəkət edərlər”, – deyə sakinlər bidiriblər.