“Yataqxanalarla bağlı əməli addımlar atılacaq” – maliyyə naziri Samir Şərifov

Total
0
Shares
Millət vəkili Tahir Mirkişili Sumqayıtda yerləşən yataqxanalarla bağlı təklif irəli sürüb
Foto Oxu.az

Millət vəkili Tahir Mirkişili Sumqayıtda yerləşən yataqxanalarla bağlı təklif irəli sürüb. Bu haqda 3 iyun tarixində Sumqayıt24 Oxu.az-a istinadən xəbər verir.

“Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qayıtdıqca onların yaşadığı evlərin yataqxanalarda çətin şəraitdən əziyyət çəkən insanlara verilməsini təklif edirəm”, – deyə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat Tahir Mirkişili bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında deputat, həmçinin qeyd edib ki, Sumqayıtda bir çox yataqxanalarda insanlar çətin şəraitdə yaşayırlar.

Millət vəkilinin bu təklifinə maliyyə naziri Samir Şərifov cavab verib. Nazir bildirib ki, Sumqayıtdakı yataqxanaların istismar müddətinin bitməsi ilə bağlı məlumat var. Yaxın zamanlarda qəzalı binalarla bağlı əməli addımlar atılacaq.