Yeni “Müharibənin səsi” adlı kitabda 6 sumqayıtlı şəhidin həyat hekayəsi yer alıb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Yeni çap olunmuş “Müharibənin səsi” adlı kitabda sumqayıtlı şəhidlərin də adları yer alıb. Bu kitabda ümumilikdə 56 şəhidimiz haqda yazılıb.

Nərmin Məmmədzadənin yazdığı kitabda 6 sumqayıtlı şəhid haqda məlumat verilib. Belə ki, həmin şəhidlər:

  1. Tərlan Məmmədov – ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib;
  2. Saleh Nuriyev – ölümündən sonra “Cəbrayılın və Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib;
  3. Cəbrayıl Dövlətzadə – ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib;
  4. Səlimxan Bayramov – ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib;
  5. Elnur Allahverdizədə – ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib;
  6. Şəhriyar Quliyev – ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Nərmin Məmmədzadənin yazdığı kitab intervyu janrında yazılıb. Müəllifin şəhidlərlə ünsiyyəti zamanı Vətən müharibəsi qəhrəmanlarının keçdikləri şərəfli yol haqda danışılır.