Yuxarı sinif şagirdlərinə məlumatverici təlim təşkil olunub

Total
0
Shares
Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə maarifləndirici təlim keçirilib
Foto 31 nömrəli tam orta məktəb

Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə maarifləndirici təlim keçirilib. Bu haqda 18 mart tarixində Sumqayıt24 məktəbə istinadən xəbər verir.

“Narkomaniya və onun bir insan ömrünə vurduğu ziyan”, “Məişət zorakılığına qarşı aparılan mübarizə” və “Erkən nikahın yaratdığı fəsadlar” mövzularını əhatə edən təlim tədris ocağının yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Burada şəhər polisləri, məktəb müdiriyyəti, psixoloqlar və pedaqoji heyət iştirak ediblər. Çıxış edənlər mövzu ilə bağlı geniş məlumat veriblər. Seminarın sonunda məktəblilər tərəfindən verilən suallar cavalandırılıb.