“Zəfər yolu” inşa müsabiqəsində fərqlənən sumqayıtlı şagirdlər təltif ediliblər

Total
0
Shares
Foto sumgayit.edu.gov.az
Foto sumgayit.edu.gov.az

Sumqayıt şəhər Təhsil Şöbəsinin akt zalında tədbir keçirilib. Burada, şagirdlərin qatıldığı “Zəfər yolu” inşa müsabiqəsində fərqlənən şagirdlər fəxri fərman ilə təltif ediliblər. Bu haqda bu gün, 3 noyabr tarixində Sumqayıt şəhər Təhsil Şöbəsinin saytında xəbər paylaşılıb.

Təhsil Şöbəsinin Medotkabinetin direktoru Gülbahar Haqverdiyeva, Şöbənin əməkdaşları, şagird və müəllimlərin olduğu tədbirdə 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Jalə Əliyeva da iştirakçılar arasında olub. Əliyevanın “Əsgərə məktub” layihəsi çərçivəsində göndərdiyi məktub Müdafiə Nazirliyi tərəfindən xüsusi bəyənilmiş və fəxri fərmanla təltif edilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan müsabiqə məktəb mərhələsindən və şəhər mərhələsindən ibarət olub.