Sumqayıtlı qrosmeysterlər gənc şahmatçılarla turnir keçirəcəklər. Sumqayıt24 bu haqda 21 iyul tarixində məlumat verir.
Turnir 26 İyul – Gənclər və İdman Nazirliyinin Yaradılması Gününə həsr olunub. Seanslarda beynəlxalq şahmatçılar Zeynəb və Türkan Məmmədyarova iştirak edəcəklər.
Tədbir 24 iyul saat 12:00-da Xəzər Gənclər Evində baş tutacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.