Sumqayıt: “Zibil poliqonu”na dönmüş yaşayış massivi

Total
0
Shares
Foto Sumqaytı24
Foto Sumqaytı24

Sumqayıtda Səməd Vurğun küçəsində yerləşən massivin sakinləri (“tes1” kimi tanınan ərazi tərəfdə) zibil qoxusundan evlərindən çıxmaq istəmirlər. Bu haqda yerli sakinlər Sumqayıt24 məlumat veriblər.

Çox sayda fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə demək olar ki tullantılar üçün nəzərdə tutulmuş qutu yoxdur, olanlar isə həftələrlə yığışdırılımır. Bu səbəbdən sakinlər, həmçinin burada fəaliyyət göstərən mağazalarda yığılan zibil evlərin arxa tərəfinə atılır.

Bundan əlavə, uzun zaman aparılmayan zibil çürüməyə başlayır və ətrafı qoxu bürüyür. İnsanlar isə bu problemin aradan qaldırılmasını istəyirlər.