“Zirə” klubu Sumqayıtla oyunda qaydanı pozduğuna görə cərimələndi

Total
0
Shares
Foto Zirə Futbol Klubu Facebook
Foto Zirə Futbol Klubu Facebook

“Zirə” klubu “Sumqayıt”la oyunda qaydanı pozduğuna görə cərimələndi. Bu barədə bu gün, 7 oktyabr tarixində Report məlumat yayıb.

Premyer Liqanın 6-cı turunun “Zirə” – “Sumqayıt” oyununda meydançanın vaxtında sulanmaması səbəbindən İntizam Komitəsi meydan sahibini 800 manat məbləğində cərimələdi.

1 oktyabr tarixində keçirilən “Zirə” – “Sumqayıt” oyunu 1:0 hesabı ilə “Zirə”nin qələbəsi ilə başa çatıb.