Yeni mövsümdə "Region Liqası"nda iddialı olmağı hədəfləyən "Təkan" komandası heyətini təcrübəli sumqayıtlı futbolçu ilə gücləndirib.
Sumqayit24.az xəbər verir ki, Bakı təmsilçisi Ruslan Poladovu heyətinə qatıb. Noyabr ayında 47 yaşını qeyd edəcək Poladov "Gənclərbirliyi", "İnter", "Xəzər Lənkəran", "Standard" və "Sumqayıt" kimi komandalarda forma geyinib, milli komandaya da dəvət alıb.