Sumqayıtın əfsanəvi veteran cüdoçusu medal qazanıb.
Sumqayit24.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda veteranlar arasında dünya çempionatı keçirilib. Azərbaycan komandasının heyətində M8 yaş kateqoriyası üzrə 66 yaşlı Fərhad Rəcəbli (-90 kq) fəxri kürsünün üçüncü pilləsində yer alaraq bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan komandası dünya çempionatını 3 qızıl və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub.
Millimiz 65 ölkənin iştirak etdiyi mundialda kişilərin medal sıralamasında 7-ci yeri tutub.