top
Adil Şükürov: Sumqayıt şimal zonasındakı uşaqların futbol məbədi olacaq
Bu gün, 16:00
- +

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

"Sumqayıt" Futbol Akademiyasına yeni təyin olunan koordinator Adil Şükürov həyata keçirilən dəyişikliklər, görülən işlər və gələcək planlarla bağlı sualları cavablandırıb.

Adil Şükürovun müsahibəsini təqdim edirik:

- Artıq bir aydan çoxdur ki, "Sumqayıt" Futbol Akademiyasının texniki direktoru təyin olunmusuz. Bu müddətdə akademiyada hansı dəyişikliklər həyata keçirmisiniz?

- İlk növbədə klub rəhbərliyinə bu cür məsuliyyətli işi mənə tapşırdıları, güvəndikləri üçün təşəkkür edirəm. Akademiyanın direktoru təyin olunduqdan sonra əsas diqqətimi seleksiya işlərinə və Sumqayıtda fəaliyyət göstərən futbol məktəbləri ilə əməkdaşlığa yönəltdim. Düşünürəm ki, ilk növbədə Sumqayıtda olan futbol məktəblərində yetişən uşaqlara daha çox diqqət yetirmək lazımdır. Çünki həmin məktəblərdə vaxtilə futbol oynamış və bu sahəni yaxşı bilən mütəxəssislər çalışırlar. Akademiyanın direktoru olaraq işə başladığım gündən etibarən məndən əvvəl qurulmuş struktur və görülən işlərlə bağlı müəyyən dəqiqləşdirmələr apardım. Məqsədimiz mövcud sistemi daha da inkişaf etdirmək, istedadlı futbolçuları üzə çıxarmaq və onların gələcəkdə əsas komandaya layiq səviyyəyə çatmalarını təmin etməkdir.

– İlk günlərdə akademiyada sizi ən çox düşündürən və dəyişdirilməsinə ehtiyac gördüyünüz məsələ nə oldu?

- Bu yaxınlarda "Sumqayıt"ın əsas komandasında oynayan akademiya yetirmələrini aşağı yaş qruplarının məşqlərinə dəvət etdik ki, uşaqlar üçün motivatsiya olsun . Planlarımızda gələcəklə bağlı da bəzi yeniliklər var ki, bunlarıda mərhələli şəkildə həyata keçirməyə çalışacağıq.

- Hazırda akademiyada əsas komandaya layiq futbolçular var? 

- İşə başladığım gündən klub prezidenti Riyad Rəfiyevin dəstəyi ilə iki futbolçunu əsas komandaya cəlb etdik. Bildiyiniz kimi, "Sumqayıt" ötən mövsümün statistikasına əsasən, öz akademiyasının yetirmələrinə üstünlük verən əsas komandalardan biridir.

– Bölgələrldə seleksiya işi aparırsız?

- Qeyd etdiyim kimi ilk olaraq Sumqayıtdakı futbol məktəbləri ilə əməkdaşlıq qurmağa çalışırıq. Təbii ki, fəaliyyətimizi yalnız şəhərlə məhdudlaşdırmırıq və bölgələrdə fəaliyyət göstərən bəzi futbol məktəbləri ilə də əməkdaşlıq etməyi planlaşdırırıq. Yaxın vaxtda Sumqayıta yaxın rayonlarda fəaliyyət göstərən futbol məktəblərinin rəhbərliyi və məşqçilər heyəti ilə görüşlərimiz olacaq. Bu mövzuda onlarla müzakirələr aparacağıq. İnanıram ki, "Sumqayıt" Futbol akademiyası tək bir şəhərin yox, ümumiyyətlə, əsasən də Şimal zonasının istedadlı uşaqlarının üz tutacağı futbol məbədi olacaq.

Mənbə: Sport24.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Bu gün, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

Bütün xəbərlər
Bu gün, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Bu gün, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Bu gün, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Bu gün, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Bu gün, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Bu gün, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Bu gün, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Bu gün, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Bu gün, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Bütün xəbərlər
Bu gün, 10:15

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

İdman
Bu gün, 09:45

"Sabah" bu axşam "Mançester Yunayted"in qonağı olacaq

Bütün xəbərlər
Bu gün, 09:15

Sakinlərə şad xəbər - Saray küçələrinə "zebralar" çəkiləcək

İdman
Dünən, 19:00

"Sumqayıt" "Şamaxı" ilə oyuna itki ilə çıxacaq? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda 48 məktəblə bağlı YENİLİK – "Rəqəmsal məktəb"ə qoşulmaları nəzərdə tutulur

Bütün xəbərlər
Dünən, 17:39

"Yağış yağanda evin içinə qablar düzürük" - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:33

SDU və STP arasında görüş keçirilib

Bütün xəbərlər
Dünən, 15:54

Sarayda təhlükəli yol - Sakinlərdən SOS

Bütün xəbərlər
Dünən, 15:06

Sumqayıtda su xəbərdarlıq edilmədən kəsildi - Səbəbi qəza imiş

Oxşar xəbərlər