Yeni mövsümdə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək "Araz-Naxçıvan" klubu Sumqayıtda yerləşən stadionlardan istifadə etmək istəyib, lakin müraciətinə müsbət cavab ala bilməyib.
Bu barədə klubun icraçı direktoru Eldəniz Yusubov açıqlamasında bildirib.
Onun sözlərinə görə, əvvəllər istifadə etdikləri "Liv Bona Dea Arena" təmirə bağlandığı üçün Bakı və Sumqayıtdakı stadionların rəhbərlikləri ilə danışıqlar aparılıb.
"Müsbət cavab ala bilmədiyimiz üçün ən optimal variant kimi Qəbələ şəhər stadionunu seçdik".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü avqustun 14-də start götürəcək.
Mənbə: Report.аz