Sumqayıtlı idmançıların da heyətində yer aldığı çimərlik futbolu üzrə Azərbaycan millisi çempion olub.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, yığma Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edərək qitənin ən güclüsü adını qazanıb.
Azərbaycan millisi qrup mərhələsində İngiltərə, Slovakiya və Malta ilə mübarizə apararaq növbəti mərhələyə yüksəlib. Yarımfinalda Norveçi məğlub edən komandamız finalda Latviyanı 4:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, yığmanın heyətində Sumqayıt təmsilçiləri İsa Zeynallı və Sabir Allahquliyev də yer alıblar və qazanılan tarixi uğurda pay sahibi olublar.