top
Büdcə artsa, hədəf dəyişər – Riad Rəfiyevdən açıq mesaj
10 yanvar 2026, 18:00
- +

"Büdcə artsa, hədəf dəyişər" – Riad Rəfiyevdən açıq mesaj

"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev Futbolpress.аz-a müsahibə verib:

– Çempionatın birinci dövrəsi geridə qaldı. Komandanın oyunundan, məşqçidən nə deyə bilərsiniz?

– Hazırda komanda 5-ci yerdədir. Amma nəzərə alaq ki, həm altıncı yer bizə çox yaxındır, həm də üçüncü yerlə fərqimiz bir xaldır. Çempionat çox gərgin gedir. Güclü komandaların sayı çoxdur, hamı yuxarı sıralar üçün oynayır, açıq-aydın zəif komanda yoxdur. İkinci dövrə daha çətin olacaq.

– Yəni "Sumqayıt" həm üçüncü, həm də altıncı, yeddinci ola bilər..

– Bəli, tamamilə doğrudur. Daha maraqlı, çətin olacaq. Qarşıda ağır oyunlarımız var. Saşa İliçdən tam razıyıq. Onun peşəkarlığı, insani keyfiyyətləri yüksək səviyyədədir. Komandanın göstərdiyi oyundan da razıyıq. Düzdür, bundan da artığını, yaxşısını istəyirik. İnanırıq ki, komanda artıracaq, bu potensialı görürük. Ümid edirəm ki, ikinci dövrə bizim üçün daha uğurlu olar, daha yuxarılara qalxa bilərik.

– Baş məşqçi müsahibəsində yeni oyunçulara ehtiyac olduğunu bildirdi. Rəqibləriniz də boş oturmur. Bu yöndə iş gedir?

– İşlər gedir. Daha yuxarılara qalxmaq, aşağı düşməmək üçün yeni oyunçular lazımdır. Məşqçilər korpusu və biz - rəhbərlik bu yöndə işləyirik. Komandaya uyğun futbolçular axtarırıq.

– Real namizədlər var?

– Danışdığımız futbolçular var.

– Mövqelər üzrə…

– 2-3 mövqeyə futbolçu axtarırıq. Daha çox universal futbolçulara üstünlük verəcəyik. Həmin oyunçular bir neçə mövqedə oynaya bilsinlər.

– İliçin durumu nəticədən nə dərəcə asılı olacaq?

– Saşanın müqaviləsində müddəti artırma bəndi var. Ondan razıyıq. İnşallah ki, əməkdaşlığımız uzun müddət davam edəcək.

– Saşa buna qədər bir klubda bir ildən çox işləməyib. "Sumqayıt" ilk ola bilər?

– Bəli, niyə də olmasın…

– Legioner limitinin ləğvindən sonra legioner bazarında klub olaraq əziyyət çəkirsiniz?

– Mövsümün əvvəlindən qurduğumuz büdcə var. Transferlər məsələsində buna uyğun hərəkət edirik. Açıq deyəcəm, ötən ilə nisbətən büdcəmizdə xeyli azalma var.

– Dövlətdən gələn vəsait də azaldı…

– Bəli, aldığımız digər müəyyən məbləğlərdə də azalma var. Büdcəyə uyğun hərəkət edirik. 15-16-cı legioneri gətirməyə gücümüz çatmaz…

– Onda 12 olacaq?

– İndi demək olmur. "Sumqayıt"ın güclənməyə ehtiyacı var. Çalışacağıq elə edək ki, ilk növbədə komandanı düşünək. Variant olsa, hərəkətə keçəcəyik.

– Böyük şəhərin tək komandasısınız. Bəzi matçlarda stadionu tam doldura bilirsiniz. Bəs daha nə etməlisiniz ki, klubun ambisiyası da artsın, "üçlüy"ə, çempionluğa rahat oynayasınız?

– Əlavə 2-3 milyonluq büdcə ilə "üçlüy"ə oynaya bilərik.

– Yaxın bir-iki mövsümdə bu gözlənilir?

– Klub, rəhbərlik olaraq yeni sponsorlarla danışırıq, məbləğlərdən fərqli olmayaraq. Yeni sponsorların cəlbinə çalışırıq. Məbləğin artması yeni oyunçu keçidlərində də işimizə yaxşı təsir edir.

– Legioner limitinin ləğvi sizin imkanlara mənfi və ya müsbət mənada necə təsir edir?

– Belə deyək, limit necə qoyulubsa, ona uyğun hərəkət etməliyik. Onun Azərbaycan futboluna təsirinin olub-olmayacağını zaman göstərəcək. İndiki limit orta və aşağı büdcəli komandalara çətinliklər yaradır. Bizim kimi komandalar üçün daha çətindir.

– Yerli oyunçunu oynadıb fayda götürməyin perspektivini necə görürsünüz?

– Bu işdən əldə edəcəyimiz məbləğlərin yetərli olmayacağını düşünürük.

– "Pakş" ilə yoxlama oyununun ilk hissəsində meydanda 7-8 yerli oyunçu var idi. Bu, baş məşqçinin eksperimenti idi, yoxsa klubun bununla bağlı bəlli siyasəti var? Gələcəkdə belə məqamlar olacaq?

– "Sumqayıt" həmişə akademiya, yerli oyunçuları ən çox oynadan klub olub. Ən çox yerli futbolçular həmişə bizim komandada olub. Çalışmışıq ki, həmin yerli oyunçular akademiyamızın yetirmələri olsun. Təəssüf ki, əsas heyətdə görməyi planlaşdırdığımız, istədiyimiz, özünü doğruldacağını gözlədiyimiz Ayxan Süleymanlı ciddi zədə aldı. Ona şəfalar diləyirəm. Akademiyamızın oyunçuları yavaş-yavaş əsas heyət üzvünə çevrilir. İstər qapıçı Xəyal Fərzullayev, Nadir Orucov olsun, onlar indi özlərini göstərməyə başlayırlar. Çempionatda limit olmasa da, biz indi tək "Sumqayıt"ı yox, Azərbaycan futbolunu düşünürük. Matçların əksəriyyətində əsas heyətdə 4 yerli oyunçu olur. Bu yolda davam edəcəyik, yerlilərə şans verəcəyik. Çalışacağıq ki, meydana minimum 4 yerli oyunçu çıxsın. Siyasətimiz budur, tək legionerlərlə oynamayacağıq.

– Ötən müsahibəmizdə demişdiniz ki, akademiyadan tam razı deyilik, islahatlar düşünürük. Bu istiqamətdə hansı işlər görmüsünüz?

– Əvəzedicilər, U-19, məşqçilər, akademiya ilə bağlı işlər gedir. Koordinator Hakan Sünalla tez-tez danışırıq. Akademiya nə vaxt əsas komandaya oyunçu versə, gücü onda bilinir. Rəsmi matçlarda bu futbolçular meydana çıxarsa, deməli düzgün yoldayıq.

Son xəbərlər

Bütün xəbərlər
08 avqust 2026, 17:50

İki aydan sonra Sumqayıtın bu yolu da yada düşdü - VİDEO

Bütün xəbərlər
08 avqust 2026, 17:10

Sumqayıtda İYRƏNC mənzərə - VİDEO

Bütün xəbərlər
08 avqust 2026, 16:31

Sabah çimərliklərdə hava necə olacaq?

Bütün xəbərlər
08 avqust 2026, 16:00

Sumqayıtın ortasında gizlənən başqa dünya: Qurd dərəsinin sirri

Bütün xəbərlər
08 avqust 2026, 15:30

Ceyranbatan sakinlərinin yuxusuna haram qatan zavod - VİDEO

Bütün xəbərlər
08 avqust 2026, 14:50

FHN Sumqayıtda maarifləndirmə tədbirləri keçirib

Bütün xəbərlər
08 avqust 2026, 14:10

Bu gün Dünya Pişiklər Günüdür

Bütün xəbərlər
08 avqust 2026, 13:17

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər
08 avqust 2026, 12:47

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün xəbərlər
08 avqust 2026, 12:30

Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı

Bütün xəbərlər
08 avqust 2026, 12:00

Sumqayıtın dəniz sahili zibildən təmizləndi

Bütün xəbərlər
08 avqust 2026, 11:30

Sumqayıtda yol çöküb, obyektlər təhlükədə - VİDEO

Bütün xəbərlər
08 avqust 2026, 10:52

330 metrlik asteroid Yerə yaxınlaşır

Bütün xəbərlər
08 avqust 2026, 09:49

SDU rektorundan sumqayıtlı abituriyentlərə çağırış

Bütün xəbərlər
08 avqust 2026, 09:30

Sumqayıtda avtomobil təmiri sexi yanıb

Bütün xəbərlər
08 avqust 2026, 09:10

Sumqayıtda daha bir həyət abadlıq gözləyir - FOTO

Bütün xəbərlər
07 avqust 2026, 18:15

Sumqayıtda zibil qutularının yeri niyə dəyişdirilib? - Şikayət

Bütün xəbərlər
07 avqust 2026, 17:53

Sumqayıt yolunda gecə kabusu - Qaranlıq qəzalara səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
07 avqust 2026, 17:30

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar

Bütün xəbərlər
07 avqust 2026, 17:00

"Səhər 6-da musiqi başlayır, yata bilmirik!" - Sakinlər narazıdır, qurum isə "normaldır" deyir!

Bütün xəbərlər
07 avqust 2026, 16:14

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı

Bütün xəbərlər
07 avqust 2026, 15:50

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

Bütün xəbərlər
07 avqust 2026, 15:30

Bakıdakı yanğında tüstüdən zəhərlənənlərin vəziyyəti açıqlandı

Bütün xəbərlər
07 avqust 2026, 15:10

Sarayda mənzillərin qiyməti sakinləri ŞOKA saldı - 60 faiz bahalaşma

Bütün xəbərlər
07 avqust 2026, 14:50

Dənizə getmək istəyən sumqayıtlıların NƏZƏRİNƏ

Bütün xəbərlər
07 avqust 2026, 14:30

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Bütün xəbərlər
07 avqust 2026, 14:10

Sumqayıtda binada PARTLAYIŞ - VİDEO

Bütün xəbərlər
07 avqust 2026, 13:50

Sumqayıtda sabah hava necə olacaq?

Oxşar xəbərlər