Sumqayıtlı boksçu Azərbaycan çempionatında xüsusi fərqlənib.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, gənc boksçular arasında keçirilən Azərbaycan çempionatında həmyerlimiz Nihat Qasımov da iştirak edib.
55 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz rəqiblərini məğlub edərək çempionatda ən yaxşı boksçu adına layiq görülüb.
Qeyd edək ki, Nihat beynəlxalq turnirlərdə də qalib və mükafatçı olub.
Bildirək ki, Nihat Qasımovun müəllimi boksçu Xəqani Əliyevdir.