"Sabah" futbol klubu bu axşam UEFA Çempionlar Liqasının play-off mərhələsində cavab oyununu keçirəcək.
Sumqayit24.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin "Hapoel Beer-Şeva" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlanacaq.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.