Dünyanın müxtəlif ölkələrində insanlarla onların ana dillərində danışması ilə tanınan Yuji Beleza əfsanəvi karateçi Rafael Ağayevlə rastlaşıb.
Sumqayit24.az xəbər verir ki, yapon-irland əsilli bloqer 5 qat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı olan idmançıdan haralı olduğunu soruşub və sonra Azərbaycan dilində danışmağa başlayıb.
Görüntüləri sizə təqdim edirik:
Qeyd edək ki, 27 yaşlı Beleza yapon, ingilis, rus, alman və türk dillərində sərbəst danışır, daha 10-a yaxın dildə isə gündəlik səviyyədə ünsiyyət qura bilir.