Sumqayıtlı gənc cüdoçu Avropa Kubokunun qalibi olub.
Sumqayit24.az xəbər verir ki, gənclər arasında keçirilən bu yarış Türkiyənin İstanbul şəhərində təşkil olunub. İlk yarış günündə həmşəhərlimiz Nihad Məmişov (-66 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb.
Bundan əlavə sumqayıtlı Xədicə Qədəşova (-57 kq) bürünc medala sahib çıxıb.
Beləliklə, Azərbaycan millisi turniri ümumilikdə 7 medalla (1 qızıl, 1 gümüş, 5 bürünc) başa vuraraq 27 ölkə arasında ümumi komanda hesabında 5-ci, kişilər arasında isə 3-cü pillədə tamamlayıb.