top
Gözlərində od var idi – Qara brilyantın ilk müəllimi Rafael Məmmədovla MÜSAHİBƏ
23 iyun 2026, 19:30
- ↺ +

"Gözlərində od var idi" – "Qara brilyant"ın ilk müəllimi Rafael Məmmədovla MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan karate məktəbinin tanınmış simalarından olan Rafael Məmmədov həm uğurlu idmançı, həm də məşqçi kimi uzun illərdir fəaliyyət göstərir. Dünya şöhrətli karateçi Rafael Ağayevin ilk müəllimi olan mütəxəssis bu gün də idmandan uzaq düşməyib.

Sumqayit24.az-ın əməkdaşı Rafael Məmmədovla həmsöhbət olub. Təcrübəli məşqçi saytımıza açıqlamasında həm idman fəaliyyəti, həm də Rafael Ağayevlə bağlı xatirələrindən danışıb.

Müsahibəni təqdim edirik:

- Uzun illərdir həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərirsiniz. Bu gün də yarışlarda iştirak etməyinizə sizi nə motivasiya edir?

- İdmançı üçün yaş yoxdur. Tatami mənim evimdir. Nə qədər gücüm çatır, həm özüm çıxış edirəm, həm də şagirdlərimə nümunə oluram. Dayanmaq – geriləməkdir.

- Hazırda məşqçilik fəaliyyətinizi davam etdirirsiniz. Bəs indi gənclərlə işləmək əvvəlki dövrlərlə müqayisədə nə dərəcədə fərqlənir?

- Fərq böyükdür. İndiki gənclər daha açıqdır, sual verirlər, texnologiyadan istifadə edirlər. Bizim vaxtda nizam-intizam çox idi, indi motivasiya üsulları dəyişib. Amma istedadlı uşaq hər dövrdə var.

- Dünya karate tarixinin ən parlaq simalarından biri olan Rafael Ağayev ilk addımlarını sizin rəhbərliyiniz altında atıb. Onun uşaqlıq və ilk məşq illərini necə xatırlayırsınız?

- Çox çalışqan, inadkar uşaq idi. Yaşına görə sakit görünsə də, gözlərində od var idi. Məşqdən qalmırdı, əlavə işləməyi sevirdi. Əsası o vaxt qoyuldu.

- Rafael Ağayevin istedadı nə vaxt diqqətinizi cəlb etdi? Həmin dövrdə onun gələcəkdə dünya miqyasında tanınan idmançı olacağını düşünürdünüz?

- İlk yarışlardan sonra hiss etdim. Rəqibə uyğunlaşmağı, vaxtı hiss etməyi bacarırdı. Dünya səviyyəsinə çatacağına inanırdım, çünki zəhməti istedadından çox idi.

- Sizcə, Rafaelin uğurunun əsas səbəbi nə idi: təbii istedad, zəhmət, yoxsa xarakter?

- Hər üçü vacibdir, amma xarakter həlledicidir. İstedadsız zəhmətlə çempion olmaq olar, amma xarakter olmasa çempion qala bilməzsən. Rafael məğlubiyyətdən sonra daha bərk işləyirdi.

- Bu gün Azərbaycan karate məktəbində Rafael Ağayev səviyyəsinə çata biləcək gənc idmançılar görürsünüzmü?

- Potensiallı uşaqlar var. Amma Rafael bir nəticə deyil, prosesdir. O səviyyəyə çatmaq üçün gərək 10-15 il stabil işləyəsən. İndiki gənclərə səbir və vaxt lazımdır.                                                                                                                                   - Rafael Ağayevlə bağlı sizi ən çox qürurlandıran və ya yaddaşınızda qalan hadisə hansıdır?

- Birinci dəfə dünya çempionu olanda. Həm də uduzduğu yarışdan sonra zala qayıdıb "müəllim, səhvimi de" söyləməsi. Qələbə sevinci keçir, xarakter qalır.

- Məşqçilik fəaliyyətiniz ərzində yüzlərlə idmançı yetişdirmisiniz. Hansı xüsusiyyətlər gələcək çempionları digərlərindən fərqləndirir?

- İntizam, məqsədə bağlılıq və məğlubiyyətdən nəticə çıxarmaq. Çox uşaq istedadlıdır, amma hər gün eyni işi təkrarlamağa səbir edən çempion olur. Valideyn-məşqçi-idmançı üçlüyü düzəlsə, nəticə gəlir.

- Azərbaycan karatesinin son illərdəki inkişafını necə qiymətləndirirsiniz? Hansı sahələrdə daha çox iş görülməlidir?

- Son 20 ildə böyük yol getdik. Dünya, Avropa çempionlarımız var. Amma regionlarda şərait, uşaqların dərs-idman balansı, tibbi-psixoloji dəstək sahəsində iş çoxdur. Kütləvilik artsa, nəticə də artacaq.

- Karate ilə məşğul olmaq istəyən uşaqlara və onların valideynlərinə hansı tövsiyələri verərdiniz?

- Uşaqlara: Karate güclü olmaq üçün yox, özünə qalib gəlmək üçündür. Tələsmə, davam et.

Valideynlərə: Uşağa təzyiq etməyin, dəstək olun. Məşqçiyə güvənin. Nəticə 1 ilə gəlmir, idman uzun yoldur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Dünən, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 10:11

Sumqayıtdan keçən magistralda qəzalar artıb

Bütün xəbərlər
Dünən, 09:40

Sumqayıtda bu gün hava belə olacaq

Oxşar xəbərlər