top
Hakimlərə şans vermədi - Sumqayıtlı çempiondan nokaut ETİRAFI
24 yanvar 2026, 13:00
- ↺ +

Hakimlərə şans vermədi - Sumqayıtlı çempiondan nokaut ETİRAFI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, 26 yaşlı sumqayıtlı kikboksçu, muay-tay döyüşçüsü Ruslan Nağıyev Kambocada International Professional Combat Council (İPCC) tərəfindən təşkil olunan titul döyüşündə yerli çempion, kxmer boksu üzrə superulduz sayılan Thoeun Thearanı ilk raundda nokauta salaraq Dünya birinciliyinin kəmərini əldə edib. 

Bu münasibətlə Sumqayit24.az sumqayıtlı çempionla həmsöhbət olub. Müsahibəni təqdim edirik.

- Kambocada "Kun Khmer" çempionuna qarşı döyüşə çıxmaq və onu ilk raundda nokauta salmaq necə bir hissdir?

- Hazırda Rajadamnern World Series (RWS) təşkilatı üzrə dünyada muay-tay üzrə 1-ci pillədəyəm. Mən bu kəmər uğrunda döyüş təklifini səbrsizliklə gözləyirdim və nəhayət təklif gəldi. Çoxdan arzuladığım təkliflə düşünmədən razılaşdım və döyüşə böyük məsuliyyətlə yanaşdım.

- Rinqə çıxanda yerli publikanın rəqibi tam dəstəklədiyini hiss edirdiniz. Bu atmosfer sizə necə təsir etdi?

- Kambocada yerli idmançılara xalqın dəstəyi böyükdür. Bu dəstək istər mənəvi, istərsə də maddi cəhətdən göstərilir.

Təbii ki, qərarı hakimlərə saxlamağın yanlış olacağını bilirdim. Çünki bu halda qələbəni yerli idmançıya verəcəkdilər. Bu səbəbdən mən tək rəqibimə yox, hakimlərə də qalib gəlməliydim.

- Nokaut anında tarix yazdığınızı dərhal başa düşdünüz, yoxsa, bu hiss yalnız döyüş bitəndən sonra gəldi?

- Bəli, aydın olaraq başa düşürdüm. Əvvəlcədən, hələ döyüşə hazırlaşarkən hər şeyi düşünmüşdüm, qarşıma məqsəd qoyub rinqə çıxmışdım.

- Bu qələbə karyeranızda hansı mərhələni ifadə edir və sizi bundan sonra hansı döyüşlər gözləyir?

- Mən bu qələbə ilə kifayətlənmirəm. Böyük planlarım var. Hər döyüşdən sonra dərhal idman zalına qayıdıram, məşqlərə başlayır, özümü inkişaf etdirməyə çalışıram.

Arzum təkcə bir nömrə yox, həm də əfsanə olmaqdır.

- Sizi izləyən, döyüşlərinizdən ilhamlanan azərbaycanlı, sumqayıtlı gənclərə nə məsləhət verərdiniz?

- Gənc həmyerlilərimə heç vaxt ruhdan düşməməyi, Allaha və öz gücünə inanmalarını məsləhər görürəm. Elə vaxt gələcək ki, səni bəyənməyənlər, pisləyən şəxslər səninlə görüşməyi arzu edəcəklər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Oxşar xəbərlər