top
İlham Zəkiyevin uğuruna beynəlxalq münasibət
18 avqust 2026, 15:50
- ↺ +

İlham Zəkiyevin uğuruna beynəlxalq münasibət

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq Cüdo Federasiyası (IJF - International Judo Federation) Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatının yekunları ilə bağlı yayımladığı məqalədə Azərbaycan paracüdoçusu İlham Zəkiyevin tarixi uğurunu turnirin əsas simvolik məqamlarından biri kimi qiymətləndirib.

Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Məqalədə qeyd olunub ki, çempionatın ikinci günündən yadda qalan ən diqqətçəkən məqamlardan biri İlham Zəkiyevin yenidən böyük beynəlxalq turnirin podiumunun ən yüksək pilləsində dayanması olub.

Sumqayıtlı paracüdo əfsanəsi J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. Final qarşılaşmasında İspaniyanı təmsil edən Rodriqo Suares Qarrosaya qalib gələn İlham Zəkiyev 10-cu qitə çempionluğunu rəsmiləşdirib.

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin uzunmüddətli uğurlu karyerasını da xüsusi vurğulayıb. Qeyd edilib ki, Zəkiyev ilk dəfə 2004-cü ildə Afina Paralimpiya Oyunlarında çempion olub və dörd il sonra Pekində titulunu qoruyub. Daha sonra London, Tokio və Paris Paralimpiya Oyunlarında üç bürünc medal qazanan paracüdoçu həmçinin üçqat dünya çempionudur.

Məqalədə İlham Zəkiyevin 20 ildən artıqdır paracüdoda dünyanın ən güclü idmançıları arasında mübarizə apardığı diqqətə çatdırılıb. İlk Paralimpiya çempionluğundan 22 il sonra onun hələ də mübarizə aparması, qalib gəlməsi və Avropa çempionu olması xüsusi vurğulanıb.

Bildirilib ki, yarışda paracüdoçuların bir neçə nəsli bir araya gəlib: karyerası 20 ildən çox davam edən təcrübəli idmançılar, artıq öz dövrlərinin ən güclü çempionları olan paracüdoçular və gələcək Paralimpiya tsiklinin əsas simalarına çevrilməyə çalışan gənclər.

Qeyd edək ki, İ.Zəkiyev Avropa çempionatında növbəti tarixi uğuruna imza ataraq 10-cu dəfə qitə çempionu titulunu qazanıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Bu gün, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Bu gün, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Bu gün, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Bu gün, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Bu gün, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Bu gün, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Bu gün, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Bu gün, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Bu gün, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Bu gün, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Bu gün, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Bu gün, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Bu gün, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Bu gün, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 10:11

Sumqayıtdan keçən magistralda qəzalar artıb

Bütün xəbərlər
Bu gün, 09:40

Sumqayıtda bu gün hava belə olacaq

Bütün xəbərlər
Bu gün, 09:09

Sumqayıtda damda təmir zamanı xəsarət alan şəxs belə xilas edildi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 23-cü günü - 13 kənd işğaldan azad edilir

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 22-ci günü – XRONİKA

Bütün xəbərlər
17 oktyabr 2026, 18:03

Azərbaycanda taksi istifadəçilərinin sayı artıb

Oxşar xəbərlər