top
Karate tarixinin əfsanəsi 41 YAŞINDA
04 mart 2026, 12:50
- ↺ +

Karate tarixinin əfsanəsi 41 YAŞINDA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün karate üzrə beşqat dünya çempionu, 11 qat Avropa çempionu, Olimpiya mükafatçısı, karatenin "Qara brilyant"ı Rafael Ağayevin doğum günüdür. Onun 41 yaşı tamam olur.

Rafael Mahir oğlu Ağayev 1985-ci il martın 4-də Sumqayıtda anadan olub. Atasının yolu ilə gedərək 7 yaşından həm futbolla, həm də ilk məşqçisi Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk müəllimi onda bu idman növünə böyük sevgi formalaşdırıb və gələcək uğurlarının təməlini qoyub.

İlk milli yarışlardakı çıxışları ilə diqqət çəkən Ağayev Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən nüfuzlu klublarından olan "Budokan"da məşqlərə dəvət alıb. Artıq ilk respublika çempionatında bütün rəqiblərinə qalib gələrək Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini qazanıb.

1997-ci ildə Macarıstanın Mişkols şəhərində keçirilən açıq Dünya Kubokunda milli komandanın heyətində beynəlxalq arenaya çıxan Rafael, bir il sonra İngiltərənin açıq çempionatının qalibi olub. Bundan sonra isə demək olar ki, iştirak etdiyi hər yarışdan medalla qayıdıb.

2013-cü ildə aldığı zədə səbəbindən bir müddət yarışlardan uzaq qalsa da, 2015-ci ildə yenidən möhtəşəm qayıdış edib. 75 kq çəki dərəcəsində kumite üzrə 2015-ci il Avropa Oyunlarının çempionu olub. Tokio-2020 Yay Olimpiya Oyunlarında isə finala qədər irəliləyərək gümüş medal qazanıb.

Bu gün Rafael Ağayev təkcə tatamidə deyil, dövlət xidmətində də məsul vəzifə daşıyır. O, Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib və mayor rütbəsi alıb.

Sumqayıtda doğulan bir uşaqdan dünya karate tarixinin simasına çevrilən Rafael Ağayev bu gün də gənclər üçün nümunədir.

Ad günün mübarək, "Qara brilyant"! 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Dünən, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 10:11

Sumqayıtdan keçən magistralda qəzalar artıb

Bütün xəbərlər
Dünən, 09:40

Sumqayıtda bu gün hava belə olacaq

Oxşar xəbərlər