Legioner futbolçu böyük ehtimalla "Sumqayıt"dan ayrılacaq.
Rekord.az-ın məlumata görə, madaqaskarlı Aleksandr Ramalinqomun Sumqayıt təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır və onunla yeni müqavilə bağlanmayacaq. Deyilənə görə, 33 yaşlı futbolçu özü də Azərbaycandan getmək istəyir.