"Sumqayıt" futbol klubundan ayrılan Mehdi Cənnətovun yeni klubu açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan millisinin 34 yaşlı qapıçısı karyerasını I Liqa təmsilçisi "Səbail"də davam etdirəcək.
Qolkiperlə 1+1 illik müqavilə imzalanıb. Rusiyanın "Anji" klubunun yetirməsi olan 34 yaşlı qolkiper ölkəmizdə "Sumqayıt" və "Zirə"də çıxış edib.
Qeyd edək ki, Cənnətov Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.