Sumqayıt cüdo məktəbinin yetirməsi medal qazanıb.
Sumqayit24.az xəbər verir ki, U-17 yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızı Ləman - 40 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Qeyd edək ki, cüdoçumuz məşqçi Elnur Aslanovun yetirməsidir. Ləman daha əvvəl də çox sayda mükafatlara layiq görülüb.