"Neftçi" futbol klubu "Sumqayıt"ın kapitanına maraq göstərir.
Söhbtə yarımmüdafiəçi Səbuhi Abdullazadədən gedir. Sportal.az-ın məlumatına görə, gənc futbolçunun hələ gələn mövsümün sonuna qədər "Sumqayıt"la müqaviləsi var. Buna görə də, ilk növbədə klublar bu keçidi öz aralarında razılaşdırmalıdır.
Qeyd edək ki, "Neftçi" bir müddət əvvəl "Şamaxı"dan ayrılan Rüfət Abbasovun transferini açıqlayıb.